Litva Belarus diplomatını Xarici İşlər Nazirliyinə çağırıb.
Sitat.info xəbər verir ki, bu barədə Litva XİN məlumat yayıb.
Məlumata görə, diplomata Belarus ərazisindən iyulun 28-də PUA-nın Litvaya daxil olduğu, bununla sərhəd pozuntusunun qeydə alındığı bildirilib.
Diplomata etiraz notası təqdim edilib və rəsmi izahat tələb olunub.