AZ

"Fənərbaxça" iki ulduz futbolçunun transferini açıqladı

"Fənərbaxça" İngiltərənin " Vulverhempton" klubundan Nelson Semedo və PSJ-dən Milan Skrinyarın transferini rəsmən açıqlayıb. Metbuat.az xəbər verir ki, bu barədə klubunun internet səhifəsində açıqlama verilib. Açıqlamada deyilir ki, "Fənərbaxça" Nelson Semedo ilə iki illik, Milan Skrinyarla isə dörd illik müqavilə imzalayıb. Milan Skrinyarın illik 8 milyon avro maaş alacağı açıqlanıb. Semedonun maaşı açıqlanmayıb.

"Fənərbaxça"nın Milan Skrinyar transferi ilə bağlı açıqlamasında, "Klubumuz “Paris Saint-Germain” və oyunçu ilə icarə əsasında Futbol A Komandamıza qoşulan Slovakiya millisinin müdafiəçisi Milan Skrinyarın daimi transferi üçün razılığa gəldi” - deyə bildirilib. Klubun Semedonun transferi ilə bağlı açıqlamasında, "Klubumuz Portuqaliyalı milli futbolçu Nelson Semedo ilə anlaşıb. Semedo ilə iki illik müqavilə imzalayıb” - deyə bildirilib.

Seçilən
18
metbuat.az

1Mənbələr