AZ

Rusiya ABŞ müharibəsi ola bilər? sualına Lavrov belə CAVAB VERDİ

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

ABŞ-la hərbi qarşıdurmaya yol vermək olmaz və Rusiya dövlət katibi Marko Rubionun bu fikirləri ilə razıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Amerikalı həmkarlarımız aqressiv rusofobiya siyasəti yürüdən avropalılardan fərqli olaraq, mövcud reallıqları dərk edirlər və böhranın əsas səbəblərini nəzərə almağa çalışırlar. Avropalılar isterik şəkildə Ukraynanın NATO-ya sürüklənməsini və Rusiya ilə müharibə aparmasını tələb edirlərsə, onlara  ABŞ dövlət katibi Marko Rubionun fikirlərini dinləməyi məsləhət görərdim. Rubio təsdiqlədi ki, Rusiya ilə birbaşa hərbi qarşıdurmaya heç vaxt icazə verilməməlidir. Biz bununla tam razıyıq. Bu həm də Rusiya-Amerika dialoqu zamanı əldə olunan qarşılıqlı anlaşmanın nəticəsidir”, – deyə Lavrov vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
56
1
globalinfo.az

2Mənbələr