AZ

Castin Timberleyk ağır xəstəlikdən əziyyət çəkir

Bir neçə gün əvvəl Bakıda konsert verən məşhur ulduz Castin Timberleyk ona Laym xəstəliyi diaqnozu qoyulduğunu açıqlayıb.

Axşam.az xəbər verir ki, bu barədə sənətçi instaqram hesabında paylaşım edib. “Forget tomorrow” dünya turnesi başa çatan ifaçı əvvəlcə bunu gizli saxlamaq istədiyini deyib.

O bildirib ki, diaqnozla bağlı əvvəlcə danışmaq istəməyib, çünki həmişə belə şeyləri gizli saxlamağın tərəfdarı olub. Lakin müğənni hekayəsinin yanlış anlaşılmaması üçün açıq danışmağa qərar verib.

"Çoxunuz bilirsiniz, mən şəxsi həyatımı çox paylaşmayan biriyəm. Bir müddətdir sağlamlıq problemləri ilə mübarizə aparıram və mənə Laym xəstəliyi diaqnozu qoyulub. 

Bunu ona görə demirəm ki, mənə yazığınız gəlsin, sadəcə, pərdəarxasında nələrlə mübarizə apardığımı paylaşmaq istəyirəm. Əgər bu xəstəliklə qarşılaşmısınızsa və ya bu vəziyyətdə olan birini tanıyırsınızsa, bilirsiniz: bu xəstəliklə yaşamaq həm zehni, həm də fiziki baxımdan davamlı şəkildə zəiflədici ola bilər. Diaqnoz qoyulanda, təbii ki, şok yaşadım. Amma heç olmasa səhnədə olarkən niyə sinir ağrıları çəkdiyimi, bədənimin tükənmiş və ya xəstə olduğunu anladım. Qarşıma şəxsi seçim çıxdı: Turu dayandırım? Yoxsa davam edim və bir yolunu tapım? Qərara gəldim ki, səhnədə olmaqdan aldığım sevinc, bədənimin yaşadığı ötəri stressdən qat-qat dəyərlidir. Davam etdiyim üçün çox şadam.  

Bu, yalnız zehni gücümü özümə sübut etməyim olmadı, həm də sizlərlə paylaşdığım unudulmaz anlar qazandım. Bu haqda danışmağa tərəddüd edirdim, çünki mənə belə şeyləri özündə saxlamaq öyrədilmişdi. Amma indi çalışıram ki, bu mübarizəmi daha şəffaf şəkildə paylaşım, beləliklə yanlış anlaşılmasın" deyə, Castin bildirib.

Qeyd edək ki, Laym xəstəliyi gənələr vasitəsilə yayılan təbii ocaqlı infeksiyadır. Bu xəstəlik dəriyə, oynaqlara, sinir sisteminə və ürək-damar sisteminə zərər yetirə bilər.
Seçilən
53
sherg.az

1Mənbələr