AZ

Məşhur kəşfiyyatçı erməniləri biabır etdi: Mədəniyyətiniz Kardaşyanın göbəyi ilə təmsil olunur

ABŞ-ın istefada olan kəşfiyyatçısı Skott Ritter qonaq olduğu “Youtube” proqramlarından birində Ermənistanla bağlı tənqidi fikirlər səsləndirib.

Gundem.az xəbər verir ki, Ritterin ifşaedici çıxışı Ermənistanda qəzəbə səbəb olub.

O, çıxışında bildirib ki, vaxtilə Osmanlı türklərinin erməniləri qovmasının səbəbi onların Osmanlı İmperiyasında bir milyondan çox müsəlmanı qətlə yetirməsi olub:

“Siz ermənilər, Türkiyənin həmin hissəsində müsəlmanlarla nə etdiyinizi yaxşı bilirsiniz. Siz istəyirdiniz ki, ruslar hücum etsin, və onlar hücum etdikdən sonra siz bir milyondan çox müsəlmanı öldürdünüz. Məhz buna görə osmanlılar qərara gəldilər ki, siz sərhəd bölgələrindən çıxmalısınız və həmin köçürülmə prosesini həyata keçirdilər. Siz ermənilər özünüzü təqdim etdiyiniz qədər günahsız deyilsiniz. Bu xalqı necə sevə bilərsən ki, onlar heç özlərini sevmirlər? Ermənilərin axmaqlığının həddi-hüdudu yoxdur. Erməni mədəniyyəti ancaq Kim Kardaşyanın göbəyi ilə təmsil olunur”.

Erməni ictimai xadimlər Skottun yazısına sosial şəbəkələrdə qəzəblə cavab verməyə çalışırlar. Amma heç bir tutarlı arqument təqdim edə bilmirlər. /Publika.az

Seçilən
3
1
gundem.az

2Mənbələr