AZ

Hakimi 15 ilədək həbs oluna bilər

Qol.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Nanter prokurorluğu PSJ-nin müdafiəçisi Əşrəf Hakimiyə qarşı ittiham irəli sürülməsini tələb edir.

QOL.az xəbər verir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb.

Buna səbəb futbolçuya qarşı  2023-cü ildə açılmış təcavüz işi ilə bağlı ittiham aktı olub. İstintaq hakimi yekun ittiham aktının şərtlərini ya təsdiqləməli, ya da rədd etməlidir. Əgər Hakimi təqsirli bilinərsə, onu 15 ilədək həbs cəzası gözləyir.

Qeyd edək ki, Əşrəf Hakimi 2023-cü ilin dekabrında ilk dəfə olaraq onun barəsində şikayət edən qadınla istintaq otağında üzləşdirilib. PSJ-nin müdafiəçisi ittihamları rədd edir və özünü günahsız hesab edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
6
qol.az

7Mənbələr