Yazını böyüt
Yazını kiçilt
“Neftçi” bu gün Polşa təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib.
Hafta.az xəbər verir ki, “ağ-qaralar” Kiprin AEL klubu ilə qarşılaşıblar.
Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb. Matç Byalobjeqdə yerləşən “Mieyski” stadionunda təşkil olunub.
Bakı klubunun heyətində qolları Bassalu Sambu və Ramil Şeydayev vurub.