AZ

Yeni Klinikanın direktoru bütün orqanlarını BAĞIŞLADI

Yeni Klinikanın direktoru Barat Yusubov bütün orqanlarını bağışlayıb.

Modern.az-ın məlumatına görə, o, həyatının ən önəmli qərarını verdiyini bildirib.

 “Bu gün bəlkə də hayatımın ən önəmli qərarını verdim – bütün orqanlarımı bağışladım. İnanılmaz sevincliyəm çünki ölümümlə kimlərəsə həyat bəxş edəcəm”, – deyə Barat Yusubov qeyd edib.

Qeyd edək ki, hazırda Azərbaycanda 910 nəfər orqan transplantasiyası (böyrək, qaraciyər, sümük iliyi və buynuz qişasının transplantasiyası) üçün növbədədir. Bu barədə Səhiyyə Nazirliyi Orqan Donorluğu və Koordinasiya Mərkəzindən bildirilib.

Məlumata əsasən, onlardan 298-i böyrək, 123-ü qaraciyər, 464-ü sümük iliyi, 25 nəfəri isə buynuz qişa transplantasiyası üçün növbə gözləyir.

Seçilən
17
16
modern.az

10Mənbələr