AZ

Hansı ölkələrdə Azərbaycan dilinin tədris olunduğu MƏKTƏBLƏR VAR?

1 Avqust – Azərbaycan dili və əlifbası günü münasibətilə ana dilimizin tədris vəziyyəti yenidən gündəmə gəlib. Dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlının varlığına baxmayaraq, Azərbaycan dilinin tədrisi çox az ölkədə sistemli şəkildə aparılır.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, hazırda dünyada Azərbaycan dili əsasən qonşu Gürcüstanda və qardaş Türkiyədə müəyyən istiqamətlər üzrə tədris olunur.

Lakin bu sahədə ciddi boşluqlar da mövcuddur:

“Təəssüf ki, çoxlu sayda soydaşımızın yaşadığı Rusiyada Azərbaycan dilində tədris aparılmır. Halbuki bu ehtiyac olduqca böyükdür. Biz bunu həmin ölkələrin təhsil siyasətinin bir göstəricisi kimi qəbul edirik. Təbii ki, qarşılıqlı prinsip əsasında bu cür yanaşmanın öz ölkəmizdə də tətbiq olunmasını tələb etmək haqqımızdır,” - deyə ekspert bildirib.

Qeyd edək ki, Azərbaycan dili və əlifbası günü 2001-ci ildən etibarən hər il 1 avqustda qeyd olunur.

Bu günün təsis edilməsi ölkə başçısının fərmanı ilə ana dilimizin qorunması və təbliği məqsədi daşıyır.

Aygün Hüseyn, Bizim.Media

Seçilən
38
bizim.media

1Mənbələr