AZ

2025-ci ilin ən çox kiberhücuma məruz qalan 10 ölkə

Yaxın Şərqdə gərginləşən münaqişə fonunda İran və İsrail 2025-ci ilin ikinci rübü üzrə dünyada ən çox kiberhücumlara məruz qalan ölkələrin ilk beşliyinə daxil olub.

NOCOMMENT.az qaynarinfo -ya istinadən xəbər verir ki, bu barədə “StormWall” şirkətinin mətbuat xidməti məlumat verib.

Qlobal reytinqə əsasən, İsrail ümumi kiberhücumların 8,4%-i ilə dördüncü, İran isə 8,1%-lik payla beşinci yerdə qərarlaşıb. Hər iki ölkə siyasi motivli aktivistlərin rekord sayda DDoS hücumlarına məruz qalıb.

“StormWall”un araşdırmasına görə, 2025-ci ilin ikinci rübündə dünyada DDoS hücumlarının ümumi sayı ötən ilin analoji dövrü ilə müqayisədə 108% artıb. Ən çox hücuma məruz qalan ölkələr arasında ABŞ birinci yerdədir – ümumi hücumların 12,6%-i bu ölkənin payına düşür. Ardınca Çin (10,4%) və Hindistan (9,2%) gəlir. Ekspertlər bu ölkələrin həssaslığını onların inkişaf etmiş iqtisadiyyatı və geosiyasi münaqişələrdə, o cümlədən Hindistan və Pakistan arasındakı qarşıdurmada iştirakları ilə əlaqələndirirlər.

6-10-cu yerlərdə isə Almaniya (7,6%), Böyük Britaniya (7,3%), Rusiya (6,4%), Səudiyyə Ərəbistanı (5,3%) və Sinqapur (5,1%) qərarlaşıb.

Seçilən
15
nocomment.az

1Mənbələr