AZ

Litva Belarusa etiraz notası verib

Litva ölkə sərhədinin pozulması ilə əlaqədar Belarus səfirliyinin nümayəndəsini Xarici İşlər Nazirliyinə çağırıb.

Bu barədə Operativ Media LRT-yə istinadən xəbər verir.

Belarus diplomatına etiraz notası təqdim edilib və qarşı tərəfdən rəsmi izahat tələb olunub.

Xatırladaq ki, iyulun 28-də pilotsuz uçuş aparatı (PUA) Belarus ərazisindən Litvanın hava məkanına daxil olub. PUA avqustun 1-də ölkənin Yonava rayonundakı Qayjunay poliqonunda aşkar edilib.

Seçilən
13
17
operativmedia.az

10Mənbələr