AZ

Rusiyadan Ukraynaya növbəti PUA hücumu

ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya ordusu Ukraynanın müxtəlif bölgələrinə 72 pilotsuz uçuş aparatı (PUA) ilə hava hücumu təşkil edib.

525.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin teleqram hesabında yayımlanan məlumata görə, ruslar bu gecə ölkəyə genişmiqyaslı PUA hücumu həyata keçiriblər.

Ukraynanın müxtəlif şəhərlərinə ümumilikdə 300 PUA və 8 raketlə hücum edib. Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən 44 PUA-nın məhv edildiyi və ya istiqamətinin dəyişdirilərək zərərsizləşdirildiyi bildirilib.

Qeyd olunub ki, Svyatoşinskiy rayonuna edilən hücum nəticəsində ölənlərin sayı 28-ə çatıb. Onlar arasında 3 uşaq da var. Ümumilikdə 159 nəfər yaralanıb, onlardan 16-sı uşaqdır.

Kiyev meri Vitali Kliçko Rusiyanın dünənki hücumu nəticəsində həlak olanların xatirəsinə bu günün matəm günü elan edildiyini bildirib.

Ləman İlkin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
525.az

1Mənbələr