AZ

Kiyev bu ili müharibəni başa çatdırmağı planlaşdırır və Trampdan yardım istəyir

Ukraynanın xarici işlər naziri Andrey Sibiga Finlandiyanın Yle nəşrinə verdiyi müsahibəsində ölkəsinin bu ilin sonunadək döyüşlərin dayandırılmasını hədəflədiyini bildirib.

KONKRET.az xəbər verir ki, nazir vurğulayıb ki, sülhün əldə olunması təkcə Kiyevin deyil, həm də Avropa və digər regionların təhlükəsizliyi üçün vacibdir.

“Hazırda Ukrayna təhlükəsizliyin təminatçısıdır. Müharibənin necə sona çatacağı Avropanın və digər regionların təhlükəsizliyinə təsir edəcək. Bunu anlamaq lazımdır və biz birgə səylərlə Rusiyanı sülhə məcbur etməliyik,” — deyə Sibiga qeyd edib.

Müharibənin dayandırılması üçün o, ABŞ-ın keçmiş prezidenti Donald Trampa müraciət edərək Rusiyaya qarşı “dağdıcı” sanksiyaların tətbiq edilməsini təklif edib. Bu sanksiyalar Rusiyanın hərbi maşınını dəstəkləməsinin və üçüncü ölkələrlə ticarət aparmasının qarşısını almalıdır.

Natiq Səlim,
KONKRET.az

Seçilən
16
1
konkret.az

2Mənbələr