AZ

Santyaqo Mourinyo: Öncə “Atletiko”ya, sonra “Vilyarreal”a!

Madrid “Atletiko”sunun 23 yaşlı uruqvaylı mərkəz müdafiəçisi Santyaqo Mourinyo bundan sonra “Vilyarreal”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Vilyarreal”ın mətbuat xidmətinə istinadən məlumat verir.

Tərəflər 5 illik – müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Keçid “Vilyarreal”a 10 milyon avro məbləğ müqabilində başa gəlib.

Maraqlıdır ki, “döşəkçilər” Mourinyonu “Vilyarreal”a satmaq üçün, futbolçunu, geri satınalma hüququndan istifadə etməklə əldə ediblər. “Atletiko” müvafiq keçidə 4 milyon avro məbləğində xərc çəkib.

Santyaqo Mourinyo Montevideo “Rasinq”inin məzunudur. Müdafiəçi, karyerası ərzində həmçinin Madrid “Atletiko”su, “Saraqosa” (icarə) və “Alaves”də çıxış edib.

Morinyo geridə qalmış mövsümdə “Alaves” üçün 27 oyun keçirib, 1 məhsuldar ötürmə verib.

Santyaqo Mourinyo Uruqvay yığmasına çağırış alsa da, debüt imkanı qazanmayıb.

Mourinyo futbolda heç bir qənimət əldə etməyib.

“Transfermarkt” internet-portalı 23 yaşlı uruqvaylı mərkəz müdafiəçisinin transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
6
arena.az

1Mənbələr