AZ

Biləsuvarda Şəhid Əmrah İnqilab oğlu Xəlilzadənin doğum günü qeyd olundu - Vətən Naminə

">

Mərasimdə Qarabağ Müharibəsi, Əlilləri, Veteranları və Şəhid Ailələri İB Biləsuvar rayon filialınnı sədri, II qrup Qarabağ müharibəsi əlili Bəhruz Əliyev, YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, Biləsuvar rayon İcra Hakimiyyətinin məsul işçisi Röyal Bədəlov, Deputatın köməkçisi Əfsun Əlizadə, şəhid valideyinləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etdilər. Ziyarətçilər Şəhidimizin keçdiyi döyüş yolundan, döyüşlərdə göstərdiyi xidmətindən və şücaətindən bəhs edərək şəhidimizin atasına baş sağlığı verdilər.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun MAHHXHQ olmuş şəhid Xəlilzadə Əmrah İnqilab oğlu 1 avqust 1997-ci ildə Biləsuvar şəhərində anadan olmuşdur. 2005-2016-ci illərdə Biləsuvar şəhər 6 saylı tam orta məktəbində təhsil almış və 2016-2018-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2020-ci ilin aprel ayından müddətdən artıq həqiqi hərbi xidmət hərbi quluqçusu kimi xidmətə başlamışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak etmiş, Xocavənd və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuş və oktyabr ayının 26-da Füzuli rayonu istiqamətində düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 29 noyabr 2020-ci il tarixində Biləsuvar şəhər qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Xəlilzadə Əmrah İnqilab oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Onun adı əbədiləşdirilərək Biləsuvar şəhərinin küçələrindən birinə verilmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin!

Plugin Install : Subscribe Push Notification need OneSignal plugin to be installed.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist

Seçilən
21
4
vetennamine.az

10Mənbələr