AZ

"Sabah" "Levski"yə qarşı "Petrokub"la matçlardakı kimi oynamayacaq"

Dünən UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhəsinin cavab oyunları çərçivəsində "Petrokub"u qəbul edən "Sabah" azarkeşlərini 4:1 hesablı darmadağınla sevindirdi. Moldovada baş tutan ilk matçda da bu kollektiv üzərində qələbə qazanmış (2:0) Masazır təmsilçisi 3-cü təsnifat mərhələsində "Levski" (Bolqarıstan) ilə üz-üzə gələcək. Tanınmış futbol mütəxəssisi, Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimovla əlaqə saxlayıb təmsilçimizin pley-offa yüksəlmək şasnları barədə düşüncələrini bölüşməsini xahiş etdik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Levski" Bolqarıstanın köklü, böyük azarkeş kütləsinə malik klublarından biridir. Heyətlərində səviyyəli legionerlərin sayı çoxdur. "Sabah" "Levski"yə qarşı böyük ehtimalla, "Petrokub"la matçlardakı kimi oynamayacaq. Çünki dominant futbol sərgiləsə, boşluqlar verə bilər. Düşünürəm ki, "Sabah"ın Bolqarıstan təmsilçisi ilə görüşlərdəki oyun modeli hardasa "Sele" ilə görüşlərdəkini xatırladacaq. Elə oynayanda təmsilçimizin cinahları yetərincə təhlükəli görünürlər. Əslində, Coy-Lens Mikelsin het-trik etməsi söylədiklərimin təsdiqidir. Əminəm ki, "Levski"yə qarşı matçlarda da çox sayda qol imkanlarımız olacaq. Sofiya komandasını dərindən incələməmişəm, lakin bəlli olan budur ki, ilk iki turdan sonra yerli çempionatda ilk pillədə qərarlaşıblar. Onların hücum potensialının necəliyi barədə çox da məlumatlı olmasam da, yəqin ki, "dişli" komandadır. Nəticələri belə düşünməyə əsas verir. İlk görüşdən sonra rəqib barədə daha dolğun fikirlər səsləndirə bilərik. Hazırda şanslar 50-nin 50-yədir".

Nihat

Seçilən
18
1
fanat.az

2Mənbələr