AZ

15 ci əsrə aid tarixi karvansaray baxımsız vəziyyətdədir FOTOLAR

Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

Son bir neçə ildə məhz bir neçə dəfə Azərbaycanda hansısa tarixi abidənin vəziyyəti mənfi mənada gündəmə gəlir.

Məsələn, hansısa sahibkar tarixi abidəni şəxsi mülkə çevirir, restoran açır, ya da ən pisi, abidə elə vəziyyətə qalır ki, adam baxmağa da utanır.

Halbuki tarixi abidələr bir xalqın həm də kimliyini göstərir.

Üstəlik, Azərbaycanın illərdir, torpaqları işğal altənda olarkən ermənilər tərəfindən abidələri dağılıb.

Bəs belə olan halda bu cür hallar niyə baş verir? Səbəb nədir? Əlaqədar şəxslər, qurumlar hara baxır? Niyə tariximizi özümüz öz əlimizlə məhv edirik? Bu abidələr əsrlərdir bugünki günə düşməsi üçünmü ötürülüb, qorunub-saxlanılıb?

Suallar həmişəki kimi ritorikdir, ancaq bu dəfəki mənzərə həmişəkindən daha da acınacaqlıdır.

Belə ki, Bir vaxtlar karvan yollarının üstündə yerləşən “Səngəçal Karvansarayı” əhəmiyyətini itirib və 19-cu əsrdə fəaliyyətini dayandırıb.

Gununsesi.info xəbər verir ki, Karvansaray hazırda baxımsız vəziyyətdədir, bəzi hissələri uçulub, pəncərələri qırılıb və daşları tökülüb. Bir sözlə, antisanitar vəziyyət hökm sürür. İçki düşkünləri belə orada yeyib-içir, tullantılarını da atıb gedirlər.

Qeyd edək ki, Sovetlər dövründə bu tarixi bina restoran kimi fəaliyyət göstərib. Sovetlər dövrünün kondisioneri isə hələ də oradadir.

Binanın fasadında olan kitabədə buranın Şirvanşah I Xəlilullahın göstərişi ilə 1439–1440-cı illərdə inşa edilməsi qeyd olunur. Karvansaray Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində yerləşir.

Bakıdan 45 km cənubda yerləşən karvansaray Bakı-Salyan yolu üzərində qərarlaşır. Karvansarayın əsaslı bərpaya ehtiyacı var.

“Səngəçal karvansarayı” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə ölkə əhəmiyyətli memarlıq abidəsi kimi reyestrə daxil edilib.

Firuzə Mahmudova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
icma.az

1Mənbələr