AZ

Gədəbəydə 48 yaşlı kişi qardaşına xəsarət yetirdi

Gədəbəy rayonunda iki qardaş arasında yaranan mübahisə cinayətlə yekunlaşıb. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin martın 10-da rayonunun İnəkboğan kəndi ərazisində baş verib. 

Kənd sakini, 1977-ci il təvəllüdlü Qorxmaz birgə yaşadıqları evdə qardaşı Cavidin ona evdən getməsini deməsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində mübahisəsi yaranıb. 
Baş vermiş mübahisə zamanı o, zərərçəkmiş şəxsin sağ göz nahiyəsinə qəsdən bir dəfə yumruq zərbələri endirib. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 

Hadisəni törədən Qorxmazın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 15 ildir qardaşı ilə birlikdə Gədəbəy rayonu, İnəkboğan kənindəki ata evlərində yaşayırlar: “Martın 10-da, saat 12 radələrində yaşadığımız evdə yemək yeyən zaman Cavid içkili halda ailəsinin dağılmasını, buna görə evdən çıxıb getməyimi bildirərək mübahisə yaratdı. Cavidə ailəsinin dağılmasının mənə aidiyyətinin olmadığını dedi. Aramızda mübahisə yarandı. Cavid üstümə gəldi və mən də yumruğum ilə Cavidin sağ göz nahiyəsinə bir dəfə vurdum. Zərbə nəticəsində Cavidin burnundan qan açıldı, sağ gözətrafı şişdi”. 

Təqsirləndirilən şəxs deyib ki, anası xəstə olduğuna görə evdən gedə bilməyib: “Anam martın 16-da öldü. Anamın qırx mərasimindən sonra ata evindən gedəcəkdim. Əməlimdən peşmanam”.

Bu cinayət işinə Gədəbəy Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə edib.

Zərərçəkmiş də qardaşını bağışlayıb, ona qarşı şikayətini geri götürüb. 

Bu səbəbdən məhkəmə Qorxmazın barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az
Seçilən
16
demokrat.az

1Mənbələr