AZ

“Haber Global" beynəlxalq xəbər müsabiqəsində iki mükafata layiq görülüb

"Global Media Group"a daxil olan "Haber Global" telekanalı beynəlxalq xəbər müsabiqəsində iki müxtəlif kateqoriyada mükafata layiq görülüb.

"Report" xəbər verir ki, “Zoom Uluslararası Haber Görüntüleri Yarışması” Türkiyə Xəbər Operatorları Dərnəyinin təşkilatçılığı ilə 28-ci dəfə baş tutub.

Müsabiqədə ölkənin və regionun aparıcı media qurumlarını təmsil edən onlarla jurnalist və operator qatılıb, 11 fərqli nominasiyada ümumilikdə 220 xəbər süjeti qiymətləndirilib.

Kanalın operatoru Çağrı Çalışkanın çəkdiyi, müxbir Mehmet Altunışıkın hazırladığı “Eve Dönüş” adlı reportaj “Canlı yayım” nominasiyasında, telekanalın kəşfiyyat rəhbəri Mücahit Topçu və operator Serdar Altıntepenin Dəməşqdə hazırladığı “Suriye Devrimi” reportajı isə “Dron xəbərləri” kateqoriyasında üçüncü yerə layiq görülüb.

Qaliblərə mükafatlar 2025-ci ilin sentyabr ayında təqdim olunacaq.

Seçilən
28
report.az

1Mənbələr