AZ

Yeddi tonluq şorba bişiriləcək



Milli yeməklərin geniş təbliği və qastronomik turizmin inkişafı məqsədilə cari il avqustun 1-dən 3-dək Səmərqənd şəhərində “Səmərqənd Oşi” beynəlxalq qastronomiya festivalı keçiriləcək.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, Səmərqənd rayon qubernatorunun turizmin inkişafı üzrə müavini Rüstəm Qabilov festivalın yemək bişirmə ənənələrinin qorunub saxlanılması, gələcək nəsillərə çatdırılması və xaricdə geniş təbliği məqsədilə keçirildiyini deyib.

"Hər bayram və kütləvi şənliklərdə, turizm festivallarında torpağımızda yetişdirilən milli xörəklərin, ləzzətlərin sərgiləri keçirilir, müxtəlif müsabiqələr təşkil olunur, deyə R.Qabilov qeyd edib.

Qabilov deyib ki, bu dəfə “Səmərqənd şorbası” festivalına təkcə Özbəkistandan deyil, ondan çox xarici ölkədən mahir aşpazları dəvət edilib. 14 ölkədən 50-dən çox jurnalist və blogger hadisələri birbaşa izləyir və sosial şəbəkələrdə geniş işıqlandırır. Festival zamanı 7 tonluq şorba bişirləcək.

Anar Əliyev
Seçilən
11
1
newscenter.az

2Mənbələr