AZ

Azərbaycan çörəyini Rusiyadan ayırır: buğda alışı kəskin enib

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Azərbaycan çörək üçün buğdanı əsasən xaricdən alır.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Uzun illər Azərbaycan ərzaq buğdasını daha çox Rusiyadan alıb, ancaq daha belə deyil.

Bu ilin ilk dörd ayında Azərbaycan xarici buğdanın təqribən 19 faizini Rusiyadan alıb.

Uzun illər bu rəqəm 80 faizdən yuxarı olub.

İndi ərzaq buğdasının çoxu, təqribən 88 faizi iQazaxıstandan alınır.

Təhlilçilər deyir ki, ərzaq buğdası almaq həm asılılıq yaradır, həm də ölkədən pul xaricə gedir.

Üstəlik, Ukrayna-Rusiya müharibəsinə görə buğda bahalaşıb.

Azərbaycan bu il buğdanın bir tonuna ötən ilkindən daha çox, əlavə 94 dollar ödəyib.

Ötən il bu rəqəm 254 dollar olub, bu il 348 dollar.

Ola bilsin başqa alıcıdan çox alıb, Rusiyadan daha az almaq idxalı şaxələndirmək addımıdır.

Ancaq buğdada Rusiyadan asılılğının azaldılması həm də Rusiya ilə münasibətlərin soyuduğu vaxta düşür.

Rusiya ilə Azərbaycanın münasibətləri 2024-cü ilin dekabrında Azal təyyarəsinin qəzasından sonra gərginləşib.

Rusiya polisinin iyun ayında Yekaterinburqda azərbaycanlılara hücumundan sonra vəziyyət daha da pisləşib.

Son hadisələrdən sonra Azərbaycan ilə Rusiya arasında yüksək səviyyəli dövlət rəsmilərinin görüşləri keçirilmir.

Rəsmi Bakı və Moskva bir-birlərinə qarşı jurnalistlərin və diaspora nümayəndələrinin həbsi kimi addımlar atıblar.

Video açılmırsa, Youtube kanalımızda baxın.

Seçilən
23
bbc.com

1Mənbələr