AZ

"Qarabağ"ın səfər matçının biletləri satışa çıxarılır

UEFA Çempionlar Liqasında yeganə təmsilçimiz "Qarabağ"ın III təsnifat mərhələsində "Şkendiya" (Şimali Makedoniya) səfər matçının biletləri azərbaycanlı azarkeşlər üçün satışa çıxarılır.

Sportal.az xəbər verir ki, xaricdə yaşayan və Ağdam klubuna dəstək olmaq istəyən həmyerlilərimiz "National Arena Todor Proeski"də baş tutacaq oyunun biletlərini bu gün saat 17:00-dan etibarən onlayn qaydada "iTicket.az"dan əldə edə (vauçer şəklində) bilərlər.

"Köhlən atlar"ı dəstəkləmək istəyən şəxslər üçün stadionda 1000 yer ayrılıb. Vauçerləri biletə dəyişmək üçün kassalar matçın start fitindən 2 saat öncə açılacaq.

Xatırladaq ki, avqustun 5-də keçiriləcək "Şkendiya" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

saytlarin hazirlanmasi

Seçilən
7
sportal.az

1Mənbələr