AZ

Abşeron Sanatoriyası və Sağlamlıq Mərkəzi yenidən istifadəyə verildi FOTO

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Avqustun 1-də mədə-bağırsaq sistemi üzrə ixtisaslaşmış Abşeron Sanatoriyasının nəzdində əsaslı təmirdən çıxmış Sağlamlıq Mərkəzinin açılışı baş tutub.

Globalinfo.az xəbər verir ki, üç mərtəbədən ibarət olan bu yeni mərkəzdə pasiyentlərin müalicəsi üçün geniş imkanlar yaradılıb.

Mərkəzin strukturu və funksionallığı:

1-ci və 2-ci mərtəbələrdə müalicəvi prosedurların həyata keçirilməsi üçün geniş şərait yaradılıb. Burada aşağıdakı istiqamətlər üzrə xidmətlər təqdim olunur:

Banyoterapiyaa və ümumi fizioterapiya

Elektromaqnit terapiyası

Lazer və ultrasəs terapiyası

Spakapsulalar (azonspan), quru hidromassaj, akva terapiya və digər masaj texnologiyaları.

3-cü mərtəbədə müasir otel şəraitinə uyğunlaşdırılmış 9 otaq fəaliyyətə verilib. Onlardan biri ailəvi “Family Suite”, digərləri isə “Superior” kateqoriyalı otaqlardır. Hər bir otaqda yüksək komfort və beşulduzlu otellərə uyğun şərait yaradılıb.

“Kurort” Qapalı Səhmdar Cəmiyyətinin direktoru Çingiz Hacıyev Abşeron mədə-bağırsaq profilli sanatoriyaya təşkil edilən mediatur zamanı jurnalistlərə açıqlamasında deyib ki, yeni mərkəz yalnız fizioterapevtik xidmətlərlə məhdudlaşmır:

“Burada həmçinin qastroenteroloji və uroloji istiqamətlərdə xidmətlərin göstərilməsi nəzərdə tutulur. Bu məqsədlə aşağıdakı avadanlıqlar mərkəzə cəlb edilib:

Həmçinin oxuyun:

Prezidentlə xanımı Şuşa və Xocalıda… – FOTOLAR+VİDEO

BTL şirkətinin istehsalı olan əmsələ cihazı

Çanaq əzələlərinin məşqi üçün nəzərdə tutulmuş avadanlıqlar.

Bu və digər yüksək texnologiyalı avadanlıqlar vasitəsilə mərkəzə müraciət edən pasiyentlər mədə-bağırsaq və uroloji sahələrlə yanaşı ümumi bərpa prosedurlarından da faydalana biləcəklər”.

Çingiz hacıyev sanatoriyanın ərazisi və imkanları haqda da danışıb:

“Abşeron Sanatoriyası ümumilikdə 19 hektar ərazidə yerləşir. Geniş park zonası ilə əhatələnmiş bu məkan, eyni zamanda müalicə və istirahəti bir arada təqdim edir. Qonaqlar burada sağlamlıqlarını bərpa etməklə yanaşı, sakit və komfortlu mühitdə dincəlmək imkanı da əldə edirlər. Aberon Sanatoriyasında həm göndərişli, həm də göndərişsiz xidmət imkanı mövcuddur. Yəni göndərişi olan şəxslər burada yerində müalicə ala bilər, göndərişi olmayan istənilən şəxs isə sanatoriya-kurort müalicə paketlərini satın alaraq həm müalicə ala, həm də istirahət edə bilər”.

Ç.Hacıyev vurğulayıb ki, son aylarda Abşeron Sanatoriyası ilə yanaşı digər sanatoriyalarda da təmir və yenidənqurma işləri həyata keçirilir:

“Bağlı olan sanatoriyalar Sanitariya Cəmiyyətinin rəhbərliyi altında əsaslı şəkildə yenilənir və müasir yaşayış, müalicə şəraiti ilə təmin olunur. Ötən ay Bilgəhdə yeni inşa olunmuş korpus istifadəyə verilib.- Eyni zamanda, yeməkxana və xidmət sahələri yenilənərək fəaliyyətə başlayıb. Növbəti mərhələdə digər sanatoriyalarımız, o cümlədən Günəşli və Qaranquş sanatoriyalarının yeni korpusları da müasir şəraitlə təmin ediləcək. Yaxın vaxtlarda yeni sanatoriyamızın xidmətləri genişləndirilərək qonaqlarımızın istifadəsinə veriləcək. Bu, xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən strateji tədbirlərin mühüm hissəsidir. Təmir işləri ilə yanaşı, xidmət keyfiyyətinin artırılması məqsədilə tibb və xidmət sahəsində çalışan personal üçün davamlı təlimlər təşkil olunur. Həkimlərin ixtisasartırma kurslarında iştirakı təmin edilir. Yeməkxana və təmizlik sahəsində çalışan əməkdaşlar da peşəkarlıq səviyyələrinin artırılması üçün müvafiq təlimlərə cəlb olunurlar.

Bütün bu tədbirlər sayəsində yaxın gələcəkdə təqdim olunan xidmətlərdə köklü dəyişikliklər gözlənilir. Bu, son dövrdə KKS-nin fəaliyyətində həyata keçirilən sağlamlaşdırma, yeniləmə və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətindəki mühüm addımlardan biridir”.

Zaira Akifqızı 

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
72
1
globalinfo.az

2Mənbələr