AZ

İsrailin Suriya ərazisində əməliyyat keçirməkdə məqsədi nədir? POLİTOLOQDAN AÇIQLAMA FOTO

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Son aylarda İsrailin regionda bir çox ölkələrlə bağlı apardığı strateji üstünlük siyasəti beynəlxalq dairələrlə yanaşı dünya ictimaiyyətini də narahat etməyə başlayıb. Əvvəlcə Fələstin, daha sonra İran, son günlərdə isə Suriyanın daxili işlərinə müdaxilə məsələsi artıq Suriyanın yeni hökuməti tərəfindən də sərt reaksiyaya səbəb oldu. Yeni hökumətin rəhbəri Əhməd əl-Şaara da açıqlamasında Suriyanın özünü müdafiə etmək gücündə olduğunu bildirdi. Bütün bunlara baxmayaraq, İsrailin hələ də daxilindəki vətəndaş müharibəsinə müdaxilə etməsi bu gün İsrailin regionla, xüsusən də qonşuları ilə münasibətlərini tənzimləməməsi, əksinə hücum strategiyası yürütməsi xeyli narahatlıq doğurur.

Bu narahatlıq isə özündə bir neçə suala cavab tələb edir. İsrailin Fələstindən sonra Suriyada yenidən aktivləşməsi nəyə hesablanıb? Əl Şaaraya göstərilən təzyiqlərlə onu hansı mövzularda razılığa məcbur etməyə çalışırlar? Suriyada asayişin bərpasında rolu olan Türkiyə bu dəfə də Şaaraya edilən təzyiqlərin önünü kəsəcəkmi?

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Avtosfer.az-a açıqlamasında deyib ki, İsrailin Fələstindən sonra Suriyada həyata keçirdiyi əməliyyatlar, şübhəsiz ki, Yaxın Şərqin yenidən dizayn edilməsi prosesinin başlandığını göstərir və İsrail məhz İrana hücum əməliyyatında, hansı ki, qurudan hücum etmək istəyirdi, bunun əsasını Suriyadakı əməliyyatlarda görür.

“Həmçinin də çalışır ki, İranın proksi qüvvələri ilə əlaqəsini kəssin. Nəzərə alsaq ki, Bəşər Əsədin dövründə İranın proksilərlə quru əlaqəsini təmin edən əsas ölkə məhz Suriya idi və İsrail bu yolları nəzarətə götürməklə bu prosesdə faktiki olaraq deyə ki, İranın proksi qüvvələrinin hərəkət istiqamətlərinə nəzarət etmək istəyirdi. İsrail Colan təpəliklərini də məhz bu bəhanə ilə işğal etmişdilər. O avxt belə bir açıqlama vermişdilər ki, İranı özləri üçün təhdid hesab edirlər, İran müxtəlif ölkələrlə bu təpəliklər vasitəsilə əlaqə saxlayır və bu əlaqənin azaldılması üçün və oraya nəzarət mexanizminin tətbiq edilməsi üçün bu təpəliklərə nəzarət mütləqdir. Təpəliklərin yerləşdiyi ərazi çox hündürdədir və Yaxın Şərqin digər ölkələrinə, məsələn, Livana qədər mühüm yollara nəzarət edə bilirdi.

Artıq bundan sonra indi Əl Şaara hükumətində qarşı müəyyən təzyiq siyasəti həyata keçirir və faktiki olaraq, çalışır ki, bu hükuməti öz siyasi iradəsinə tabe etsin. Ancaq burada təbii ki, Türkiyə amili var. Nəzərə alsaq ki, Türkiyə kifayət qədər güclü şəkildə Suriyadakı indiki hükuməti dəstəkləyir və Əsədə qarşı Suriyada inqilab baş verərkən müxalifətə ən güclü dəstək verən ölkə məhz Türkiyə olub. Həmçinin, Türkiyənin Suriyadakı sosial bazası çox gücüdür, yəni nüfuzludurlar və Türkiyə ən böyük qaçqın qrupunu qəbul edən ölkə kimi Suriyanın daxilində kifayət qədər gücü, nüfuzu var. Məhz bu amillər də Türkiyəyə imkan verir ki, Suriyada öz siyasi xəttini həyata keçirsin. Çünki İsrailin həyata keçirmək istədiyi siyasi xətt druzların və kürdlərin dəstəklənməsi və onlara yeni dövlətin qurulması Türkiyənin siyasətinə cavab vermir. Suriyanın yenidən qurulması prosesində aktiv iştirak edən ölkə kimi Türkiyə bu proseslərdə, yəni Suriyada ictimai asayişin təmin olunması məsələsində daha fəal şəkildə iştirak edəcək”.

Səfər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
avtosfer.az

1Mənbələr