AZ

"Qalatasaray"ın qapıçısı karyerasını "Qalataspor"da davam etdirəcək

"Qalatasaray"ın gənc qapıçısı Atakan Ordu iş yerini dəyişib.

Fanat.Az xəbər verir ki, 21 yaşlı qolkiper karyerasını "Qalataspor"da davam etdirəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Qalatasaray" akademiyasının yetirməsi olan Atakan gənc yaşında göstərdiyi performansla diqqət çəkmiş və əsas komandaya yüksəlmişdi.

Lakin rəqabətin yüksək olduğu “cim-bom”da şans qazanmaqda çətinlik çəkən qapıçı daha çox oynamaq imkanı əldə etmək üçün klubdan ayrılıb.

Kamil Xudiyev

Seçilən
14
fanat.az

1Mənbələr