AZ

Sürücülərə çətin anlar yaşadan şüşə silənlər zorla pul istəyib, avtomobilləri cızmaqla hədələyirlər

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Adananın xüsusilə Yüreğir rayonu və şəhər mərkəzindəki demək olar ki, bütün işıqforlarda şüşə silən şəxslər sürücülərə çətin anlar yaşadır. Sosial şəbəkələrdə yayılan görüntülərdə bəzilərinin avtomobil qapılarını zorlayaraq pul istədiyi, sildirməyənləri isə avtomobili cızmaqla hədələdiyi görülüb.Avtosfer.az türk mediasına istinadən xəbər verir ki, şəhərin uzun müddətdir həll olunmayan problemlərindən biri olan bu vəziyyətə qarşı polis və bələdiyyə əməkdaşlarının müdaxiləsi yetərsiz qalır. Onlar yalnız yaxalaya bildiklərini saxlayır, lakin əksər hallarda şüşə silən şəxslər polis görünən kimi yan küçələrə qaçaraq izlərini itirirlər.Sosial mediada yayılan videolarda bəzi şəxslərin sürücülərin qapılarını zorladığı, bəzilərinin qapını açıb zorla pul tələb etdiyi əks olunub. Hətta bir nəfərin onu çəkən sürücünü öz növbəsində telefonla çəkdiyi anlar da müzakirə doğurub.Hadisədən narazı olan sürücülər problemin tezliklə həllini tələb edirlər:

• Aziz Ural (sürücü): "Polislər vəzifələrini görsə, çox yaxşı olar. Artıq təhlükə saçmağa başlayıblar. Maşınlara təpik, yumruq atırlar. Bəzən can təhlükəsizliyimiz olmur. Qadın sürücülər daha çox əziyyət çəkir. Medianın gördüyü bəlkə bir hadisədir, amma bu hər gün olur."

• Adnan Yılmaz (marşrut sürücüsü): "Bu şüşə silənlər yanımıza gəlmir, amma tez-tez görürük, vətəndaşlara problem yaradırlar. Polis yardımçı olsun. Bu adamlar qadınların çantasını da oğurlaya bilər."

• Zeki Küçük (sürücü): "Bəzən bizim də yanımıza gəlirlər. ‘Etməyin’ deyirəm, gedirlər, amma yenə də narahatlıq davam edir."(sonxeber.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
1
avtosfer.az

2Mənbələr