AZ

Pezeşkiyandan su böhranı XƏBƏRDARLIĞI

İran Prezidenti Məsud Pezeşkiyan ölkədə su ehtiyatlarının sürətlə azaldığını və yaxın aylarda ciddi su böhranının baş verə biləcəyini açıqlayıb. 

News24.az xəbər verir ki, Zəncan əyalətində keçirilən İl Planlaşdırma Şurasının iclasında çıxış edən Pezeşkiyan, “Bütün göstəricilər göstərir ki, su ehtiyatları tükənməkdədir və ölkə sürətlə quraqlığa doğru gedir,” deyə bildirib.

Prezidentin sözlərinə görə, əgər su istehlakı nəzarət altına alınmasa, sentyabr və oktyabr aylarında bəndlərdə su qalmaya bilər. O, xüsusilə paytaxt Tehranın bu vəziyyətdən ciddi təsirlənəcəyini və böhranlı günlərin baş verəcəyini vurğulayıb.

Xeyrənsə Piriyeva

Seçilən
34
1
news24.az

2Mənbələr