AZ

Tibdə YENİ ERA: Xərçənglə bağlı elə bir kəşf edildi ki…

Böyük Britaniyada qan analizi vasitəsilə 10 fərqli xərçəng növünü erkən mərhələdə müəyyən etməyə imkan verəcək yeni tədqiqat həyata keçirilir. “Independent” nəşrinin məlumatına görə, “Enlighten” adlı layihə çərçivəsində aparılan bu tədqiqat onkoloji xəstəliklərin diaqnostikasında inqilabi dönüş vəd edir. Maraqlıdır, gələcəkdə bu analiz xərçəngin növünü və ya yayılma səviyyəsini dəqiq şəkildə müəyyən edə biləcəkmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən terapevt Rasif Bağırov bildirib ki, layihə çox xəstəlikli diaqnostikanın həyata keçirilməsi baxımından tibbdə mühüm addımdır:

Rasif

“Əgər metod tam şəkildə özünü doğruldarsa, bu, həm onkoloji, həm də immun sistem pozuntularına bağlı xəstəliklərin vaxtında aşkarlanmasında mühüm rol oynaya bilər. Bu testlər süd vəzi xərçəngi, mədə-bağırsaq sistemi xərçəngləri və digər onkoloji xəstəlikləri qan analizi vasitəsilə müəyyən etməyə imkan verir.

Həmin metod həm də immun sistemindəki dəyişikliklərin, xüsusən də hamiləliyin son aylarında uşağın psixi vəziyyəti ilə bağlı ilkin əlamətlərin aşkarlanmasına imkan verir. Misal üçün, doğulacaq uşaqlarda depressiya riski barədə öncədən məlumat əldə etmək olar”.

Rasif Bağırov əlavə edib ki, bu analizlərin etibarlılıq dərəcəsi hazırda 85-90% arasında dəyişir. Gələcəkdə texnologiyanın inkişafı ilə metodun daha da təkmilləşdirilməsi və dünya üzrə geniş yayılması gözlənilir. Xəstəlikləri erkən mərhələdə aşkar edib qarşısını almaq baxımından bu, tibbdə əhəmiyyətli irəliləyiş ola bilər”.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
37
1
konkret.az

2Mənbələr