AZ

Urfan Abbasov: "Onların oyunlarını dəfələrlə izləmişik"

"İlk oyunda qələbə qazanmağımıza baxmayaraq, Yunanıstanda "Aris"ə qarşı oynamaq çox çətin idi".

İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında "Araz-Naxçıvan"ın futbolçusu Urfan Abbasov deyib.

Təcrübəli futbolçu komandasının Konfrans Liqasında "Aris"i mübarizədən kənarlaşdırması ilə bağlı fikirlərini bölüşüb: "Rəqib azarkeşləri önündə daha yaxşı oyun sərgiləyir. Birinci hissə istədiyimiz kimi keçsə də, fasilədən sonra təəssüf ki, qırmızı vərəqə aldıq. Bundan sonra vəziyyət dəyişdi. Şükürlər olsun sonda mərhələni keçən tərəf biz olduq. Qarşıda bizi Konfrans Liqasının III-cü təsnifat mərhələsində "Omoniya" ilə oyun gözləyir. Onların oyunlarını dəfələrlə izləmişik. Hər iki matçın ağır olacağını bilirik. İnşallah, hazırlaşıb yaxşı nəticə əldə edərik".

Qeyd edək ki, "Araz Naxçıvan"la "Omoniya" arasında ilk oyun avqustun 7-də Bakıda, cavab oyunu avqustun 14-ü Kiprdə keçiriləcək.

İdman.biz

Seçilən
6
1
idman.biz

2Mənbələr