FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
"Football-plus.az" xəbər verir ki, o, Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək RFŞ (Latviya) – “KuPS Kuopio” (Finlandiya) oyununun baş hakimi olacaq.
Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. İngiltərəli Maykl Selisberi VAR hakimi, digər referimiz İnqilab Məmmədov isə VAR hakiminin köməkçisi kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, qarşılaşma avqustun 7-də Riqa şəhərində yerləşən “LNK Sporta Parks” stadionunda keçiriləcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta