AZ

Dünyada bir ilk: Süni intellekt həbsxanaya girdi və...

Böyük Britaniya həbsxanalarda zorakılığın qarşısını almaq üçün süni intellekt texnologiyasını tətbiq etməyə başlayıb.

Publika.az xəbər verir ki, Ədliyyə Nazirliyinin təqdim etdiyi yeni proqramla süni intellekt potensial təhlükəli məhbusları əvvəlcədən müəyyən edərək nəzarəti gücləndirəcək.

Süni intellekt məhbusların yaşı, cinayət tarixi və davranışlarına əsaslanaraq zorakılıq ehtimalını təhlil edir. Sistem, zərurət olduqda, məhbusların kamerasını dəyişməklə insidentlərin qarşısını almağa kömək edir.

Həmçinin, süni intellekt məhbuslardan ələ keçirilən mobil telefonları skan edir və məxfi kodlarla yazılmış mesajları təhlil edir. Bu sistem zorakılıq hadisələrinin, qaçış planlarının, narkotik və ya silah qaçaqmalçılığı cəhdlərinin erkən aşkarlanmasına imkan verir.

Seçilən
31
publika.az

1Mənbələr