AZ

Tehrana sarsıdıcı zərbə: Həqiqət ortaya çıxdı, etiraz başladı Milyardlarla dollar...

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda sui-qəsd nəticəsində aradan götürülməsindən bir il ötür. Bu hadisə Yaxın Şərqdə onsuz da gərgin olan güc balansında mühüm dəyişikliklərə səbəb oldu.

Digər tərəfdən, HƏMAS-ın əsas dəstəkçilərindən olan İranın digər proksi qüvvələri də hazırda bir-bir sıradan çıxarılır. Maraqlıdır ki, elə Tehran özü də bu qüvvələrdən tədricən uzaqlaşmağa meylli görünür.

Bu proses təsadüf nəticəsi, yoxsa yeni strateji kursun göstəricisidir? Haniyənin ölümündən sonrakı müddətdə HƏMAS-la bağlı hansı dəyişikliklər baş verdi? Təşkilatın hərbi və siyasi dayaqları sarsıdılıb, yoxsa tamamilə bitirilib?

Globalinfo.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan deyib ki, İsmayıl Haniyənin öldürülməsi ilə İsrail və ABŞ Yaxın Şərqdə yeni bir əməliyyat mərhələsinə start verdi:

“Həmin sui-qəsd Yaxın Şərqdə İranın maraqlarının dağıdılmasının başlanğıcı oldu. Bu istiqamətdə real addımların atılmasına başlanıldı. HƏMAS tamamilə nəzarətdən çıxarılmayıb, lakin əvvəlki gücündə və nüfuzunda da deyil. Yaxın günlərdə bəzi ərəb ölkələri HƏMAS-ı tərk-silah olunmağa çağırıblar. Bu isə təşkilatın bölgədəki dayaqlarının zəiflədiyini göstərir. Sadəcə olaraq, bəzi qüvvələr hələ də HƏMAS-dan İsrailə qarşı vasitə kimi istifadə etməyə çalışırlar. Digər tərəfdən, təşkilatın qüvvələrinin əlində israilli girovlar olduğu üçün HƏMAS hələ də müəyyən mövcudluğunu qoruyub saxlaya bilir”.

Politoloq qeyd edib ki, son bir ildə regionda İranın bir çox proksi qüvvələri sıradan çıxarılıb və ya ciddi şəkildə zəifləyib:

Həmçinin oxuyun:

Yaxın Şərqdə görünməyən cəbhə: İran daxilində elə oyun başlayıb ki…

“HƏMAS, “Hizbullah”, husilər və digər bu qəbildən olan təşkilatlar ya zərərsizləşdirilib, ya da zəif duruma düşüblər. Əvvəllər İran bu qüvvələr vasitəsilə bölgədə təsir imkanlarını qoruyurdusa, indi bir sıra əməliyyatları birbaşa öz gücü ilə keçirməyə məcbur qalır. Bu da onu göstərir ki, İran son 30 ildə Yaxın Şərqdə əldə etdiyi mövqeləri tədricən itirməkdədir. Xüsusilə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qanadı regiondan sıxışdırılıb çıxarılıb”.

Sədrəddin Soltan 

Sədrəddin Soltan əlavə edib ki, keçən müddət ərzində həm HƏMAS kimi proksi təşkilatlar, həm də İranın bölgədəki nüfuzu ciddi zərbə alıb:

“Artıq İran daxilində də bu cür xarici hərbi-siyasi müdaxilələrə qarşı narazılıq artır. İllər öncə İran parlamentində belə bir sual səsləndirilmişdi: “İslam Respublikasının büdcəsi nə vaxta qədər Fələstindəki müxtəlif silahlı qruplaşmalara xərclənəcək?”

Son illərdə məlum olub ki, Tehran rejimi “Hizbullah”, Bəşər Əsəd rejimi, HƏMAS və digər qruplara milyardlarla dollar yardım edib. Bu yardımlar birbaşa dövlət büdcəsindən ayrılıb. Nəticədə İran bu gün siyasi, iqtisadi və maliyyə baxımından çox ciddi və təhlükəli vəziyyətlə üz-üzədir. Üstəlik, İsrail və ABŞ-la birbaşa qarşıdurma şəraitinə girib. Bütün bunlar Tehran hakimiyyətinin son 40 ildə Yaxın Şərqdə apardığı pozucu siyasətin nəticəsidir. İctimai rəy artıq bu kimi mənasız və faydasız sərmayələrin ölkə üçün fəlakət gətirdiyini anlayır”.

Safura Bənnayeva

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
59
globalinfo.az

1Mənbələr