TBİLİSİ, 1 avqust. TELEQRAF
Gürcüstanda keçirilən NATO hərbi təlimlərində avtomobil aşıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, Norio təlim zonasında baş vermiş hadisə nəticəsində nəqliyyat vasitəsində olan iki nəfər amerikalı hərbçi müxtəlif xəsarətlər alıb.
Onlar helikopterlə Tbilisi xəstəxanalarından birinə çatdırılıblar, vəziyyətləri orta-ağır qiymətləndirilir.
Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib ki, xəsarət alanların həyatı təhlükəsi yoxdur və hazırda hərbçilər əlavə müayinələrdən keçirlər.