AZ

Zelenski ilə Keir Starmer Rusiyaya qarşı sanksiyaları müzakirə ediblər

Apa.az saytına istinadən ain.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Keir Starmerlə telefon danışığı aparıb.

APA xəbər verir ki, Zelenski bu barədə "Teleqram" hesabında paylaşım edib.

Bildirilib ki, onlar Ukraynanın müdafiəsinin gücləndirilməsini və Rusiyaya qarşı sanksiyaları müzakirə ediblər.

Tərəflər Ukraynanın hava müdafiə imkanlarının gücləndirilməsi, xüsusilə dron-interseptorların istehsalının genişləndirilməsi və bu proqramların maliyyələşdirilməsi yollarını müzakirə ediblər.

Zelenski Rusiyaya qarşı tətbiq edilən sanksiyaların effektivliyini vurğulayıb və bu təzyiqin daha da gücləndiriləcəyinə əminliyini ifadə edib.

Tərəflər həmçinin ABŞ-la koordinasiya, o cümlədən Prezident Donald Trampla mümkün təmaslar və gələcək sülh danışıqlarının formatları barədə fikir mübadiləsi aparıblar.

Zelenski qeyd edib ki, Ukrayna beynəlxalq arenada fəal diplomatik kampaniyaya hazırlaşır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
47
6
apa.az

7Mənbələr