AZ

Yeni qan qrupu kəşf edildi

Hindistanın Karnataka əyalətində aparılan rutin qan testləri zamanı tibb tarixində ilk dəfə olaraq “CRIB” adlı yeni bir qan qrupu antigeni aşkar edilib. 38 yaşlı qadında aşkarlanan bu unikal quruluş əvvəllər heç bir insanda qeydə alınmamışdı. Qan qrupu əvvəlcə O Rh+ kimi tanınsa da, heç bir donor nümunəsi ilə uyğunluq təmin edilmədi.

News24.az xəbər verir ki, araşdırmalar nəticəsində qadının qanının “pan-reaktiv” olduğu, yəni bütün test nümunələri ilə uyğun gəlmədiyi təsbit edildi. Əlavə tədqiqatlar üçün nümunələr İngiltərəyə göndərildi və burada CRIB antigeninin mövcudluğu molekulyar analizlə təsdiqləndi. Hazırda CRIB dünya üzrə tanınan nadir qan qrupları siyahısına daxil edilib.

Bu elmi yenilikdən sonra Hindistanda “Nadir Donor Qeydiyyatı” proqramı yaradılıb. Məqsəd nadir qan qruplu insanlara uyğun donor tapmaqda dəstək göstərməkdir.

Xeyrənsə Piriyeva

Seçilən
43
1
news24.az

2Mənbələr