Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Avropa Liqasının III təsnifat mərhələsi oyununu idarə edəcək.

Offsideplus.az xəbər verir ki, o, RFS (Latviya) və "Kups" (Finlandiya) arasında keçiriləcək ilk matçın baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. 

Qarşılaşma avqustun 7-də Riqa şəhərində yerləşən “LNK Sporta Parks” stadionunda keçiriləcək.