“Liverpul”un baş məşqçisi Arne Slot cinah hücumçusu Luis Diasın “Bavariya”ya satılmasından danışıb.
Publika.az xəbər verir ki, “qırmızı-qaralar” iyulun 30-da kolumbiyalının Münhen klubuna keçidini açıqlayıb.
“Luis Premyer Liqanı qazandığımız heyətdə olub. Onunla birlikdə turniri qazanmağımızın bir səbəbi var, çünki o, çox yaxşı oyunçudur. Belə birinin getdiyini görmək müəyyən mənada üzücüdür. Amma digər tərəfdən onu çox pula satdıq və yəqin ki, bilirsiniz ki, bu futbol klubu illər ərzində inanılmaz oyunçular cəlb edib, lakin strategiyamızın bir hissəsi də zaman-zaman kimisə satmaqdır.