AZ

Gecə yarısı yatanlar üçün TƏHLÜKƏ

Son tədqiqatlar göstərir ki, yalnız yuxunun müddəti deyil, onun sabit və düzgün ritmi də sağlamlıq üçün həyati əhəmiyyət daşıyır. Pekin Universitetindən Prof. Dr. Şenqfenq Vanqın rəhbərlik etdiyi genişmiqyaslı araşdırma nəticəsində məlum olub ki, yuxu rejimindəki pozuntular 172 müxtəlif xəstəliklə əlaqəlidir.

News24.az xəbər verir ki, yeddi il ərzində 88 mindən çox insanın yuxu ritmi aktiqrafi cihazları ilə izlənib. Nəticələrə görə, nizamsız yuxu vərdişləri xəstəliklərin 23 faizinə təsir göstərir və ölüm riskini 53 faiz artırır. Xüsusilə gecə saat 00:30-dan sonra yatanlarda qaraciyər sirrozuna tutulma riski 2,5 dəfə yüksəlir. Eyni zamanda, yuxu-oyanıqlıq ritminin pozulması kangren ehtimalını ikiqat artırır.

Parkinson xəstələrinin 37%-i və tip 2 diabet xəstələrinin 36%-i yuxu pozğunluqları ilə əlaqələndirilib. Mütəxəssislər, sağlam qalmaq üçün yalnız 8 saat yatmağın kifayət etmədiyini, həm də gündəlik yuxu saatlarının sabit olmasının vacib olduğunu vurğulayır.

Xeyrənsə Piriyeva

Seçilən
43
1
news24.az

2Mənbələr