Bu gün səhər saatlarında Denizlinin Merkezefendi rayonunda dəhşətli hadisə baş verib.
Sherg.az xəbər verir ki, Şırnakda çalışan 35 yaşlı çevik polis Coşkun Söylemez illik məzuniyyətə gələrək həyat yoldaşı və uşaqlarının yaşadığı qayınanasının evinə gəlib. Səhər tezdən evdə yatan 33 yaşlı həyat yoldaşı Nazlı, 7 yaşlı oğlu Yağız və 2 yaşlı qızı Duru Söylemezi silahla başlarından vuraraq öldürüb. Daha sonra eyni silahla özünü vuraraq intihar edib.
Silah səslərini eşidən qayınana Havva Kovan köməyə qaçıb. Hadisə yerinə gələn təcili yardım və polis qrupları qadının və uşaqların hadisə yerində həyatını itirdiyini təsdiqləyib. Ağır yaralanan polis xəstəxanaya aparılarkən yolda ölüb.
Hadisə zamanı ailənin yaxınlarının fəryadı ürəkləri dağlayıb. Məlumata görə, cütlük 2017-ci ildə evlənib və Coşkun Söylemezin təxminən 7 milyon lirə borcu olub. Maddi çətinlik və psixoloji gərginlik səbəbindən bu faciəni törətdiyi ehtimal olunur.
Meyitlər ekspertiza üçün məhkəmə-tibbi morqa aparılıb. Faktla bağlı araşdırma aparılır.