AZ

Erməni deputatın telefonu özünə qaytarıldı, digər əşyaları isə…

Ermənistan İstintaq Komitəsi “Ermənistan” fraksiyasının deputatı Qeqam Manukyana məxsus və daha əvvəl axtarış zamanı götürülən telefonu geri qaytarıb.

KONKRET.az-ın xəbərinə görə, deputat bildirib ki, iyulun 10-da evində aparılan axtarış zamanı hüquq-mühafizə orqanları onun telefonunu zorla ələ keçiriblər.

Cihaz 21 gün sonra heç bir rəsmi izahat verilmədən qaytarılıb. Manukyan qeyd edib ki, baş prokuror Anna Vardapetyana iki dəfə müraciət etsə də, cavab verilməyib.

Deputat bu hadisənin şəxsi toxunulmazlıq hüququnun və deputat toxunulmazlığının pozulması olduğunu vurğulayıb və telefondan məlumatların silinib-silinmədiyini hələ yoxlamadığını bildirib.

Xatırladaq ki, axtarış zamanı Manukyanın oğlu Taron Manukyan saxlanılıb, ailəyə məxsus kompüter, şəxsi əşyalar və telefonlar götürülüb. Deputatın sözlərinə görə, məhkəmə qərarında onun telefonunun müsadirəsi nəzərdə tutulmayıb.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
13
1
konkret.az

2Mənbələr