AZ

Rusiya və Ukrayna arasında 20 sərhəd-keçid məntəqəsi bağlandı

Rusiya və Ukrayna arasında 90-cı illərin ortalarında yaradılan 13 avtomobil və 7 dəmir yolu keçid məntəqəsi bağlanıb.

Bakues.az “NTV”yə istinadən xəbər verir ki, bununla bağlı Rusiya Nazirlər Kabineti sərəncam imzalayıb.

Sərəncama əsasən, sözügedən keçid məntəqələri artıq uzun müddətdir fəaliyyət göstərmir. Onların bəziləri artıq iki dövlətin sərhədində deyil. Ölkənin tərkibinə daxil olmuş Zaporojjya və Xerson vilayətləri, eləcə də Donbass respublikaları arasındakı sərhəddədir. Bunlar Rostov vilayətində Donetsk Severnı, Kuybışevo, Mojayevka və Titovka, Belqorod vilayətindəki Klimenki və Voronej vilayətindəki Novobelaya avtomobil keçid məntəqələridir.

Voronej və Belqorod vilayətlərindəki “Qartmaşevka” və “Razezd Vystrel” dəmir yolu keçid məntəqələri də rəsmi olaraq bağlanıb.

Hökumətin bağlanmasını əmr etdiyi qalan keçid məntəqələri Ukrayna ilə sərhəddə yerləşir, lakin fəaliyyət göstərmir.

Asim

Seçilən
7
icma.az

1Mənbələr