AZ

Namik Ələskərov yenidən Türkiyəyə gedir

“Sabah”ın yeni müqavilə bağlamadığı Namik Ələskərov gözləmədədir. Təcrübəli yarımmüdafiəçi yeni təklif gözləyir.

İdman.biz Futbolinfo.az-a istinadən xəbər verir ki, 30 yaşlı oyunçu ölkə klublarından aldığı bir neçə təklifi rədd edib.

O, yenidən legioner həyatı yaşamaq istəyir. Namik Türkiyə variantlarını dəyərləndirir.

2021-ci ildə “Neftçi”dən ayrıldıqdan sonra “Bursaspor”a keçən Ələskərov Türkiyəyə yad sima deyil. O, bu klubda cəmi bir il keçirdikdən sonra “Sabah”a keçsə də, qardaş ölkənin aşağı liqasında yaddaşda qalıb. Artıq bir neçə təklif alan həmyerlimiz tezliklə seçimini edəcək.

İdman.biz

Seçilən
14
5
idman.biz

6Mənbələr