Bu ilin yanvarında "Qalatasaray"a transfer olan Pşemıslav Frankovski komandadan ayrılacaq.

Offsideplus.az xəbər verir ki, polşalı cinah müdafiəçisi yenidən Polşaya qayıdacaq. "Renn" onu satınalma şərti ilə birlikdə icarəyə götürəcək.

"Qalatasaray" bu keçiddən 8 milyon avro qazanacaq.

Bu barədə "Foot Mercato" portalı məlumatı yayıb.

Frankovski "Lans"dan İstanbul nəhənginə transfer olmuşdu.