
Ticarət Nazirliyi avqustun 1-dən tətbiq edilən ABŞ-ın yeni tariflərində aşağı tariflərə məruz qalan ölkələr arasında Türkiyənin də olduğunu açıqlayıb. Nazirlik ABŞ-ın bu qərarında tarazlı ticarət əlaqələri və türk ixracatçılarının qlobal bazarlarda rəqabət qabiliyyətinin qorunub saxlanması kimi amillərin təsirli olduğunu bildirib.
Ticarət Nazirliyi Türkiyənin ABŞ-ın ən aşağı tariflər tətbiq etdiyi ölkələr arasında olduğunu açıqlayıb.
Nazirlik açıqlamasında ABŞ prezidenti Donald Trampın avqustun 1-də açıqladığı yeni tariflərin qlobal miqyasda 15%-dən 50%-ə qədər vergi artımlarını qüvvəyə mindirdiyini qeyd edib.