AZ

Əsir əsgərlər ölkələrinə qaytarıldı

Tailand mübahisəli sərhəd bölgəsində baş verən toqquşmalar zamanı əsir aldığı iki Kamboca əsgərini ölkəsinə təhvil verib.

"Cebheinfo.az"-ın məlumatına görə, Kamboca İnformasiya Nazirliyinin yaydığı açıqlamada bu barədə bildirilib. Tailand əsir götürdüyü 20 əsgərdən 2-ni Kambocanın Oddar Meanşey vilayətində yerləşən O Smaç Beynəlxalq Sərhəd Keçid Məntəqəsində təhvil verib.

Açıqlamada həmçinin qeyd olunub: “Qalan hərbi personal və Tailandın nəzarətində olan digər Kamboca təhlükəsizlik qüvvələri dərhal azad edilməlidir.”

Digər tərəfdən, Kamboca Müdafiə Nazirliyinin sözçüsü general-leytenant Maly Soçeta daha əvvəl verdiyi açıqlamada Tailand tərəfindən əsir alınan bir əsgərin cəsədinin də təhvil alındığını bildirmişdi.

Kamboca Baş naziri Hun Manet isə dünən Tailand ordusu tərəfindən əsir alınan 20 əsgərin azad olunması üçün Malayziyadan yardım istəmişdi.

Seçilən
11
1
cebheinfo.az

2Mənbələr