Birləşmiş Millətlər Təşkilatına üzv olan 193 ölkədən 147-si Fələstin dövlətini tanıyır.
Redaktor.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirdi ki, Birləşmiş Millətlər Təşkilatına üzv olan ölkələrin Fələstini tanıması şübhəsiz İsraili çətin vəziyyətdə qoyur.
"Çünki İsrailin hazırkı hökuməti Fələstin dövlətinin yaradılması iddiasını dəstəkləmir. Yəni onlar iki dövlətli həll prinsipinə qətiyyətlə qarşı çıxırlar. Faktiki şəkildə İsrail höküməti BMT-nin ikinci dünya müharibəsindən sonra Fələstin dövləti üçün ayırdığı əraziləri faktiki olaraq ələ keçirməklə məşğuldur. İlk olaraq İordan çayının sahillərini, daha sonradan Qüds şəhərini özünə paytaxt elan etdi. Hal-hazırda isə Qəzza bölgəsindən insanların köçürülməsi və həmin bölgənin İsrailə birləşdirilməsi istiqamətində addımlar atır. Burada yəhudi yaşayış məskənlərini yerləşdirilməsi və İsrailə birləşdirilməsi üçün addımlar atır.
Politoloqun fikrincə, İsrail bu məsələdə geri çəkilməyə məcbur olacaq.
"İsaril humanitar dəstəyin göndərilməsini qəbul etmirdi. İndi humanitar dəstəyin göstərilməsi iddiasını qəbul edib. Özü də humanitar aksiyaya qoşulacağını bildirib. Fələstin dövlətinin yaradılması iddiasını silə bilməzlər və çünki bu beynəlxalq sistemin çöküşünə gətirib çıxaracaq bir addım olar. Fələstin dövlətinin müstəqilliyinin tanınması məsələsi əksər ölkələr tərəfindən qəbul olunacaq və yəqin ki, İsrail özü də sonda bu qərarı qəbul etməyə məcbur qalacaq. Ancaq Fələstin dövləti yaratmaq üçün torpaq lazımdır. Həmin torpaqlar hal-hazırda faktiki olaraq İsrailin əlindədir. Dövlətin torpaqlarının özünə qaytarılması üçün BMT faktiki fəaliyyətə keçməlidir". - deyə müsahibimiz bildirdi.
Aytəkin TOFİQQIZI