AZ

Şəhərdə fövqəladə vəziyyət ELAN EDİLDİ

ABŞ-ın şərq sahillərini vuran güclü fırtına New York və ətraf bölgələrdə nəqliyyatı iflic edib. 

News24.az xəbər verir ki, şəhərdə metrolar və yollar su altında qalaraq fövqəladə vəziyyət elan edilməsinə səbəb olub. İctimai nəqliyyat sistemi dayanıb, vətəndaşlara evlərindən çıxmamaq tövsiyə olunub.

 Brooklyn və Queens kimi bölgələrdə metro stansiyaları və dəmir yolları ciddi zərər görüb. 

ABŞ tarixinin ən gur şəhərlərindən biri olan New York, demək olar ki, su şəhərinə çevrilib.

Xeyrənsə Piriyeva

Seçilən
78
news24.az

1Mənbələr