AZ

Azərbaycanın xarici dövlət borcu 5 milyard dollara yaxınlaşır

2025-ci il iyulun 1-nə olan məlumata əsasən, Azərbaycanın xarici dövlət borcu 5 milyard 10,7 milyon ABŞ dolları və ya 8 milyard 518,2 milyon manat təşkil edib.

Finss.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, hökumətin xarici borc portfelində ən böyük pay Asiya İnkişaf Bankının (AİB) payına düşür. Bu qurumdan cəlb edilən kreditlərin həcmi 1 milyard 750 milyon dollar və ya 2 milyard 970 milyon manat təşkil edərək ümumi portfelin 34,9 faizini əhatə edir.

İkinci yerdə avroobligasiya bazarından cəlb edilən vəsaitlər qərarlaşıb – onların ümumi məbləği 1 milyard 390 milyon dollar və ya 2 milyard 360 milyon manat təşkil edir (27,7 faiz).

Üçüncü ən böyük kreditor Dünya Bankıdır – 738,6 milyon dollar və ya 1 milyard 260 milyon manatlıq borc portfelin 14,7 faizini təşkil edir.

Növbəti yerlərdə İslam İnkişaf Bankı (245,4 milyon dollar), Avropa Yenidənqurma və İnkişaf Bankı (232,1 milyon dollar), Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (189,3 milyon dollar) və Asiya İnfrastruktur və İnvestisiya Bankı (124,1 milyon dollar) qərarlaşıb.

Bundan əlavə, müxtəlif digər beynəlxalq və ikitərəfli mənbələrdən cəlb edilmiş kreditlərin ümumi həcmi 405,1 milyon dollar və ya 688,6 milyon manat olub.

Seçilən
38
8
fins.az

9Mənbələr