Konfrans Liqasının III təsnifat mərhələsində Bolqarıstanda keçiriləcək “Levski” – “Sabah” oyununun biletləri satışa çıxarılıb.
Futbolpress.az xəbər verir ki, bu barədə Sofiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Biletlərin qiymətləri 27-170 lev (26-168 AZN) aralığında dəyişir.
Komandalar arasındakı ilk oyun avqustun 7-də Bolqarıstanda olacaq. Cavab görüşü isə 14-də Bakıda keçiriləcək.