Müəllif: Gülnar Əhmədli, Banco.az
Qlobal planşet bazarında 2025-ci ilin iyul ayında ABŞ şirkəti Apple ən çox paya malik marka olub. Apple-in payı 49,23% təşkil edib.
Banco.az bu barədə "statcounter"ə istinadən xəbər verir ki, Cənubi Koreyanın markası Samsung-un bazar payı azalaraq iyundakı 28,49%-dən 26,83%-ə enib.
Məlumata görə, ötən ay Amazon-un payı 6,9%, Xiaomi-nin 2,64%, Honor-un 0,51%, Huawei-nin 1,87%, Lenova 1,64%, digər markaların payı isə 10,38% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!